Korporativ İdarəetmə

Korporativ idarəetmə və Mükafatlandırma komitəsi

Komitə Tərkibi

Corc
Rubli

Sədr

Dariuş
Katsprşik

Komitə üzvü

Andrea
Haqmann

Komitə üzvü

Corc Rubli

Sədr

[email protected]  |  151

Corc Rubli 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub. Cənab Rubli Asiya İnkişaf Bankını təmsil edir və orada 2010-cu ildən çalışır. O, beynəlxalq bankçılıq üzrə 30 illik təcrübəyə malikdir və 1995-ci ildən etibarən özəl şirkətlərin idarə heyətlərinin tərkibində çalışıb. Asiya İnkişaf Bankından əvvəl o, LCF Rothschilds, WestLB və UBS təşkilatlarında, əsasən, layihə maliyyələşdirməsi və öhdəliklər üzrə konsultasiya ilə məşğul olub. Cənab Rubli Vaşinqton şəhərindəki Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbini bitirib.

İngilis, alman və ispan dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Dariuş Katsprşik

Komitə üzvü

[email protected]  |  151

Dariuş Kasprşik 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.

O, Avropa İnvestisiya Bankını təmsil edir. Cənab Kasprşik bir sıra Polşa banklarında rəhbər vəzifələri tutub. Hazırda sistem əhəmiyyətli banklardan birində Polşanın Maliyyə Nəzarəti Orqanının səlahiyyətli nümayəndəsidir.

Dariuş Kasprşik Varşava İqtisadiyyat Məktəbinin (SGH) Daxili ticarət və xidmət fakültəsini bitirib. Bundan başqa, o, Varşava Universitetinin Menecment fakültəsində və Beynəlxalq Menecment Məktəbində magistr dərəcələrinə yiyələnib və IESE-də Təkmilləşdirilmiş Menecment Proqramını bitirib.

Polyak, ingilis, alman, ispan və rus dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Andrea Haqmann

Komitə üzvü

[email protected]  |  151

Andrea Haqmann 2019-cu ilin dekabr ayında Səhmdarların Ümumi Yığıncağının qərarı ilə AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.
Xanım Haqmann maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hal-hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun Direktorlar Şurasının və İnvestisiya Komitəsinin üzvü (2019-cu ildən), mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika)  Direktorlar Şurasının üzvü (2017-ci ildən) və Microfinance Enhancement Facility Direktorlar Şurasının üzvüdür (2009-cu ildən). Onun əvvəlki iş təcrübəsi və xeyriyyəçilik fəaliyyəti, həmçinin, Avstriya İnkişaf Bankının İcraiyyə Şurasının üzvü (2008-2017),  Raiffeisenbank, Wolkersdorf Müşahidə Şurasının üzvü (2019-cu ildən), Avstriyanın aparıcı Hilfswerk International qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının üzvü (2018-ci ildən) qismində, eləcə də Avstriyanın Oesterreichische Kontrollbank AG ixrac-kredit agentliyində müxtəlif rəhbər vəzifələrdə (1991-2007-ci illər) iş fəaliyyətini əhatə edir.  
Xanım Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetinin kommersiya elmləri üzrə magistr dəcərəsinə malikdir.

E-mail: [email protected]
Tel: 151

Əsas funksiyalar:

Komitənin korporativ idarəetməyə dair əsas vəzifələri:
  • Bankın təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğunu nəzarətdə saxlayır;
  • Korporativ idarəetmə standartlarına uyğun olmayan hallar və onlara səbəb olan amillər barədə Müşahidə Şurasına hesabat verir;
  • Müyyən edilmiş uyğunsuzluq hallarını aradan qaldırmaq və korporativ idarəetmənin təkmilləşdirilməsi üçün Müşahidə Şurasına təkliflər verir;
  • Korporativ idarəetmə standartları ilə bağlı qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər verir;
  • Bankın korporativ idarəetməsi barədə ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanması və dəqiqliyini təmin edir.
Komitənin mükafatlandırmaya dair əsas vəzifələri:
  • Bankın Mükafatlandırma siyasətini (“Mükafatlandırma Siyasəti”) hazırlayır və Korporativ idarəetmə və Mükafatlandırma komitəsinin əsasnaməsinin 6-cı bəndinin tələblərini nəzərə alaraq onu Müşahidə Şurasına təqdim edir;
  • Bankın Katibinin əmək haqqını müyyən edir;
  • Hər il təklif edilən mükafatlar və bonusların miqdarı, həmçinin, İdarəetmə orqanları üzvlərinin mükafatlandırılması barədə təklifləri Müşahidə Şurasına təqdim edir;
  • Bank əməkdaşlarını və ya inzibatçıları stimullaşdırmaq və ya ruhlandırmaq üçün xüsusi mükafatlandırma mexanizmləri təklif edir;
  • Xüsusi kateqoriyadan olan əməkdaşların əsas performans indikatorlarını qiymətləndirir;
  • Mükafatlandırma prosesinə nəzarət edir, mükafatlandırma sisteminin səmərəliliyini Risklərin İdarə Edilməsi Komitəsi ilə birlikdə hər il qiymətləndirir və ehtiyac olduqda Müşahidə Şurasına bu haqda hesabatlar təqdim edir;
  • Mükafatlandırma Siyasətinə nəzarət edir;
  • Bankda mövcud olan xüsusi mükafatlandırma prosedurlarını mütəmadi qiymətləndirir;
  • Performansa bağlı mükafatlandırma sisteminin Bankın uzunmüddətli uğurunu təmin etməsini və qısa müddətli hesabat mexanizmlərinin bu sistemi təhrif etməməsini təmin edir;
  • Mükafatlandırma siyasəti və prosedurlarına daxili və xarici hadisələrin təsirlərini qiymətləndirir;
  • Mükafatlandırma siyasətinin və daxili prosedurların qanunvericiliyin tələblərinə uyğunluğunu təmin edir;
  • Zərurət olduqda mükafatlandırma məsələləri haqqında məlumatı qanunla nəzərdə tutulmuş qaydalara əsasən açıqlayır.
Komitənin təyinata dair əsas vəzifələri:
  • Müşahidə Şurasına, idarəetmə orqanları və ya Müşahidə Şurası Komitələrinə yeni üzvlərin təyini barədə təkliflər verir;
  • Müşahidə Şurasının, onun komitələrinin və idarəetmə orqanlarının tərkibinə nəzarət edir;
  • Müstəqil üzvlərə dair təyinat, əmək haqqı və dəyişiklik üçün meyarlar təyin edir;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq, zərurət yarandıqda Müşahidə Şurası üzvlərinin müstəqil kənar ekspert xidmətlərindən istifadə imkanının təmin edilməsi məqsədilə müstəqil kənar ekspertin seçilməsi üçün meyarlar müəyyən edir;
  • Komitə mükafatlandırma və korporativ idarəetmə ilə bağlı tətbiq olunan bütün müvafiq qanunvericiliyə və Bankın Nizamnaməsinə uyğunluğun təmin edilməsini həyata keçirir;
  • Qanunvericiliklə açıqlama tələb olunmadıqca və ya Müşahidə Şurası tərəfindən təsdiq edilmədikdə və ya tələb edilmədikdə, Komitənin hər bir üzvü Komitə üzvü qismində fəaliyyəti zamanı Bankda mükafatlandırma ilə bağlı əldə etdiyi bütün məlumatların məxfiliyini qoruyur və həmin məlumatları üçüncü şəxslərə açıqlamamalıdır;
  • Komitə göstərilən mükafatlandırma və korporativ idarəetmə üzrə ekspertlərə və məsləhətçi qismində cəlb edilən şəxslərə, vəzifələrinin icrası üçün zəruri və məqsədəuyğun olduğu halda, məxfi məlumatları həmin məsləhətçilər və ekspertlərin bu məlumatların məxfiliyinin qorunacağına dair yazılı öhdəlik götürmələri şərti ilə açıqlaya bilər

Yeniləndi: 15.01.2025
Aktualdır