Tariximiz

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. Aşağıda ən zəruri inkişaf mərhələləri göstərilir.

2025
  • Qadın sahibkarlığını dəstəkləmək üçün üçüncü dəfə Access2Success layihəsinə start verildi.
  • Yenilənmiş konsepsiya ilə Xaçmaz filialı istifadəyə verildi.
  • Cəlilabad (35-ci) və Balakən (36-cı) filialları açıldı.
  • BlueOrchard Fondundan 8 milyon dollar kredit cəlb olundu.
  • ABA-nın “Bankçılıq Mükafatları – 2024” tədbirində üç nüfuzlu nominasiyada qalib adını qazandı.
  • KOS-a dəstək məqsədilə AYİB-dən 10 milyon ABŞ dolları əlavə maliyyə vəsaiti alındı.
2024
  • AccessBank Goranboy, Quba və Masallıda yeni filiallarını açdı, regional şəbəkəsini genişləndirdi.
  • AccessBank və Visa Azərbaycanda ilk innovativ kobrend filialını istifadəyə verdi.
  • AccessBank «Gender Bərabərliyinin Maliyyələşdirilməsi» mükafatına layiq görüldü.
  • AccessBank BMT-nin Qlobal Sazişinə qoşuldu.
  • AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşuldu.
  • AccessBank və KOS arasında “Bizdən Biznesə” layihəsinin həyata keçirilməsinə dair Memorandum imzalandı.
  • AccessBank, “Invest in Visions” tərəfindən idarə olunan fondlarla “Agents for Impact” layihəsi çərçivəsində 10 milyon ABŞ dolları dəyərində yeni kredit müqaviləsini imzaladı.
  • AccessBank yenilənmiş konsepsiya ilə “20 Yanvar” filialını istifadəyə verdi.
  • Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən mükafatlandırmada AccessBank 4 nominasiya üzrə mükafatlandırıldı.
2023
  • Azərbaycan Banklar Assosiasiyası (ABA) AccessBank-ın Access2Success layihəsini 2022-ci ilin “Ən fəal maliyyə savadlılığı dəstəkçisi” seçdi.
  • AccessBank Avropanın nüfuzlu investisiya şirkəti Enabling Qapital Ltd ilə 17 milyon AZN dəyərində kredit müqaviləsi imzaladı.
  • Visa AccessBank-ı nağdsız əməliyyatların effektiv təşviqi, həmçinin uşaq və yeniyetmələr üçün myCard Junior kartlarının istifadəyə verilməsi üzrə nominasiyalarda xüsusi mükafatlara layiq gördü.
  • AccessBank-ın depozit portfeli milyard həddini keçdi.
  • AccessBank əsas səhmdarı olan Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə qadın sahibkarlar üçün nəzərdə tutulmuş ikinci Access2Success layihəsini reallaşdırdı.
2022
  • AccessBank Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərpoçt-la birlikdə ilk dəfə tətbiq olunan Agent bankçılıq layihəsinə qoşuldu
  • AccessBank-ın qadın sahibkarlar üçün nəzərdə tutulmuş ilk Access2Success layihəsi fəaliyyətə başladı.
  • AccessBank BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşuldu. AccessBank BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan bu prinsiplərə dəstək olan ilk yerli bank oldu.
  • Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.
  • AccessBank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11,4 milyon manat artırdı. Kapitalın artırılması nominal dəyəri 1 AZN olan 11 388 889 AZN imtiyazlı səhmlərin buraxılması ilə baş tutdu.
  • AccessBank ölkədə aqrar sektorun inkişafına yönəlmiş ilk tematik istiqrazların emissiyasını reallaşdırdı. İstiqrazlar 5 milyon ABŞ dolları həcmində, 18 ay müddətinə, illik 5.5% kupon dərəcəsi ilə emissiya edildi və tam olaraq yerləşdirildi.
  • AccessBank sayca 30-cu filialını Naxçıvan şəhərində açdı.
  • AccessBank sayca 31-ci filialını Qəbələ şəhərində açdı.
2021
  • Tele-radio aparıcı Tural Yusifov AccessBank-ın yeni siması seçildi.
  • David Tsiklauri AccessBank-ın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edildi.
  • AccessBank-ın 29-cu filialı Şəmkir şəhərində fəaliyyətə başladı.