İdarəetmə və təşkilat strukturu

Müşahidə Şurası

Fernanda
Molejon

Müşahidə Şurasının müstəqil üzvü

Antoine
Hurpin

Müşahidə Şurasının müstəqil üzvü

Fernanda Molejon

Müşahidə Şurasının müstəqil üzvü

[email protected]  |  151

Fernanda Molejon AccessBank-ın Müşahidə Şurasının yeni üzvü vəzifəsini 2024-cü il aprelin 15-dən icra etməyə başlayıb və bu vəzifədə Verner Klası əvəz edib.
Fernanda Molejon inkişaf etməkdə olan bazarların maliyyə sektorlarında 28 illik təcrübəyə malikdir, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyasında (International Finance Corporation - IFC) risk və portfelin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. IFC-də fəaliyyəti dövründə o, Latın Amerikası, Avropa, Yaxın Şərq, Şimali Afrika və Asiyanın maliyyə institutları ilə əməkdaşlıq edib. Ondan əvvəl Molejon CitiBank Argentinada çalışıb və müxtəlif sənaye sahələrini əhatə edən korporativ bankçılığı idarə edib.
Hazırda Fernanda Molejon Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank – AIIB) Kredit və İnvestisiya Riskləri üzrə rəhbərinin müşaviri vəzifəsini icra edir.
Fernanda Molejon Madriddə (İspaniya) Maliyyə Tədqiqatları Fondunda Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsi, Torkuato di Tella Universitetində (Argentina) Maliyyə üzrə aspirantura və Argentinanın Katolik Universitetində Biznesin İdarə Edilməsi və Mühasibat Uçotu üzrə iki bakalavr dərəcəsi alıb.
İngilis, İspan və Portuqal dillərini bilir.
E-mail: [email protected]
Tel: 151

Antoine Hurpin

Müşahidə Şurasının müstəqil üzvü

[email protected]  |  151

2007-ci ildə “Frankfurt School of Finance and Management”də “Business Administration” ixtisası üzrə bakalavr dərəcəsi almışdır.
2012-ci ildə “Universite de Montreal”da "Master of Science,financial engineering" ixtisası üzrə maqistr dərəcəsi almışdır.
2025-ci ildən Bank Respublika-nın Müşahidə Şurasının üzvüdür.

E-mail: [email protected]
Tel: 151

İdarə Heyəti

Tariyel
İsmayılov

İdarə Heyətinin Sədri

Orxan
İsmayılov

İH Sədrinin müavini,
İdarə Heyətinin üzvü,
Baş Risk İnzibatçısı

Renat
Hümbətov

İdarə Heyətinin üzvü,
Baş Biznes İnzibatçısı

Tariyel İsmayılov

İdarə Heyətinin Sədri

[email protected]  |  151

Tariyel İsmayılov bank sektorunda 20 ildən çox təcrübəyə malikdir. AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmazdan əvvəl 2019-cu ildən Bank Respublikanın İdarə Heyətinə rəhbərlik edib.

Peşəkar fəaliyyətinə AccessBank-da başlayan cənab İsmayılov filial rəhbəri, regional menecer və Mikrokreditləşmə departamentinin rəhbəri vəzifələrində çalışıb. 2013-cü ildə mikrokreditləşmə və kredit əməliyyatlarının dəstəklənməsi üzrə icraçı direktor, 2017-ci ildə isə İdarə Heyəti sədrinin müavini və baş biznes inzibatçısı təyin olunub.

Cənab İsmayılov 2003-cü ildə Milli Aviasiya Akademiyasını bitirib, 2007-ci ildə isə Azərbaycan Texnologiya Universitetində aspirantura təhsilini başa vurub. 2018-ci ildə Böyük Britaniyanın Kembric Universitetinin Judge Biznes Məktəbində liderlik üzrə “New Leadership” proqramını tamamlayıb.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir, 3 övladı var.
E-mail: [email protected]
Tel: 151

Orxan İsmayılov

İH Sədrinin müavini, İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı

[email protected]  |  151

Orxan İsmayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.


Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.


Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.


Azərbaycan, rus və ingilis dillərini bilir.

Renat Hümbətov

İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı

[email protected]  |  151

Renat Hümbətov 20 illik bankçılıq təcrübəsinə malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Qazax filialına, 2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbərliyi ilə eyni zamada həm də Regional menecer olaraq da fəaliyyət göstərib. 2021-2022 illərdə Bankın Mikro və Aqro müştərilər üzrə departamentinin rəhbəri olub. 1 aprel 2022-ci il tarixindən Mikro və KOBM üzrə İcraçı Direktordur.

Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Azərbaycan, rus, ingilis dillərini bilir.

Geniş baxmaq

Yeniləndi: 03.11.2026