AccessBank filial şəbəkəsini genişləndirir: Sayca 36-cı filial artıq Balakəndə!

5 May 2025
Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində liderlik edən AccessBank, müştərilərinə daha yaxın olmaq və onlara operativ, yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə 2025-ci il üzrə inkişaf planına uyğun olaraq filial şəbəkəsini genişləndirməyə davam edir.

Bankın sayca 36-cı yeni filialı Balakən şəhərinin Heydər Əliyev prospektində yerləşir və müasir standartlara cavab verən bank xidmətləri təklif edir. Filialda mikro və aqro kreditlər daxil olmaqla müxtəlif kredit məhsulları, istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər geniş spektrli bank xidmətləri təqdim olunacaq.

"Filial şəbəkəsinin genişləndirilməsi – AccessBank-ın regionlardakı fəaliyyətini gücləndirməyə, müştərilərimizə daha əlçatan və effektiv xidmət göstərməyə, həmçinin yerli biznesin inkişafını dəstəkləməyə yönəlmiş siyasətimizin prioritet istiqamətidir.  Balakən filialının açılması ilə AccessBank-ın filiallarının sayı 36-ya çatdı və bu, 2025-ci ildə nəzərdə tutulan genişlənmə planımız çərçivəsində ilk addımdır. Məqsədimiz – Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və biznes subyektlərinə müasir və keyfiyyətli maliyyə xidmətləri təqdim etməkdir”, - bunu AccessBank-ın İdarə Heyətinin üzvü və Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.
Paylaşmaq