AccessBank regional şəbəkisini genişləndirir: Yeni filial artıq İmişlidə
5 Dekabr 2025
AccessBank 2025-ci ilin strateji inkişaf hədəflərinə uyğun olaraq, regionlarda filial şəbəkəsinin genişləndirilməsi tədbirlərini davam etdirir. Bankın sayca 37-ci filialı İmişli şəhərində müştərilərin istifadəsinə verilib.
Yeni filial İmişli şəhəri, Heydər Əliyev prospekti, 146 ünvanında yerləşir. Təsdiqlənmiş filial konsepsiyasına uyğun olaraq dizayn edilən məkan rahat müştəri axını və çevik maliyyə xidmətlərinin təmin olunması üçün tam şəkildə təchiz edilib.
Filialda müştərilərə mikro və aqro kreditlər, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri və valyuta mübadiləsi də daxil olmaqla geniş spektrli bank xidmətləri təqdim olunur.
Yeni filialın açılışı, AccessBank-ın regionlarda iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafına dəstək verilməsi və maliyyə xidmətlərinin daha əlçatan edilməsinə yönəlmiş strategiyasının növbəti mərhələsini təşkil edir.
Paylaşmaq