AccessBank sahibkarlığın maliyyələşdirilməsi məqsədi ilə 7 milyon dollarlıq kredit xətti cəlb edib
22 Yanvar 2026
Üç il müddətinə strukturlaşdırılmış bu maliyyələşdirmə mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəlib və ölkədə biznesin inkişafına, eləcə də yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Bu əməliyyat beynəlxalq maliyyə institutlarının AccessBank-a olan yüksək etimadını bir daha təsdiqləyir və Bankın Azərbaycanda dayanıqlı sahibkarlığın, real sektorun inkişafının və maliyyə inklüzivliyinin təşviqinə dair strateji öhdəliyini əks etdirir.
AccessBank beynəlxalq maliyyələşdirmə mənbələrini şaxələndirməyə və genişləndirməyə davam edərək ölkə üzrə sahibkarların dəstəklənməsi imkanlarını gücləndirir, Azərbaycanın iqtisadi inkişafına və məşğulluğun artımına real töhfə verir.
BANK IM BISTUM ESSEN eG sosial, qeyri-kommersiya və dayanıqlılıq yönümlü təşkilatlara xidmət göstərən Alman kooperativ bankıdır. Bank FAIR BANKING prinsipinə sadiqdir və müştərilərə ədalətli məsləhətlərin verilməsini, etimada əsaslanan münasibətlərin qurulmasını öhdəsinə götürür. Bankın 5 200 üzvü arasında xəstəxanalar, fondlar, mənzil-tikinti assosiasiyaları və qeyri-kommersiya təşkilatları kimi qurumlarla yanaşı, vəsaitlərinin dəyərlərinə uyğun şəkildə idarə olunmasını istəyən fərdi müştərilər də yer alır.
BIB-in fəaliyyətində əsas istiqamətlərdən biri inkişaf maliyyələşdirməsidir: Bank 2007-ci ildən etibarən mikromaliyyələşdirmə və maliyyə inklüzivliyi sahəsində aktiv fəaliyyət göstərir. Bank iki mikromaliyyə fondu vasitəsilə indiyədək 40-dan çox ölkədə mikromaliyyə institutlarına ümumilikdə təxminən 1,2 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti təqdim etmiş və bununla da çoxsaylı insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına uzunmüddətli töhfə vermişdir.
Paylaşmaq