AccessBank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə zəhmətkeş xanımları təbrik edib

8 Mart 2026
AccessBank korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhərinin təmizliyinin qorunmasına töhfə verən xanımlara diqqət göstərib.

Bu çərçivədə Bankın əməkdaşları tərəfindən təmizlik və sanitariya sahəsində çalışan xanımlara gül dəstələri və kiçik hədiyyələr təqdim olunub. Məqsəd onların əməyinə ehtiram ifadə etmək, cəmiyyət üçün gördükləri mühüm işi ön plana çıxarmaq və bayram sevincini onlarla bölüşmək olub.

AccessBank sosial məsuliyyəti və ictimai dəyərlərə həssas yanaşmanı fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir. Bank cəmiyyətin rifahına töhfə verən insanların əməyini yüksək qiymətləndirir və onlara diqqət göstərməyə davam edir.
Paylaşmaq