AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
8 Aprel 2026
Əldə olunan nəticə AccessBank-ın maliyyə dayanıqlılığını, eləcə də fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini əks etdirir. Bank maliyyə sektorunun etibarlı iştirakçısı kimi fəaliyyətini qüvvədə olan qanunvericiliyə və qabaqcıl korporativ idarəetmə standartlarına uyğun şəkildə davam etdirir.
AccessBank qarşıdakı dövrdə də şəffaflıq, məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq müştərilərə keyfiyyətli maliyyə xidmətlərinin təqdim olunmasını, iqtisadi fəallığın artırılmasını və ölkə iqtisadiyyatına töhfənin genişləndirilməsini prioritet istiqamət kimi müəyyən edir.
Paylaşmaq