AccessBank və Bank Respublika bizneslərinin birləşdirilməsi barədə razılığa gəliblər

11 Sentyabr 2026
AccessBank məmnuniyyətlə bildirir ki, bütün zəruri tənzimləyici təsdiqlərin alınması və sövdələşmənin tamamlanması üçün nəzərdə tutulan standart şərtlərin yerinə yetirilməsi şərtilə, Bank Respublika ilə fəaliyyətlərini birləşdirmək barədə razılıq əldə edib.

Nəzərdə tutulan sövdələşmə müştərilərə xidmət göstərmək, biznesləri dəstəkləmək, eləcə də əməkdaşlar, müştərilər, səhmdarlar və digər maraqlı tərəflər üçün uzunmüddətli dəyər yaratmaq istiqamətində ortaq məqsədləri bölüşən iki bir-birini tamamlayan maliyyə institutunu bir araya gətirir.

Sövdələşmə çərçivəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əldə edəcək. Eyni zamanda, AccessBank-ın mövcud səhmdarları Bank Respublika tərəfindən yeni emissiya ediləcək və ümumilikdə Bank Respublikanın nizamnamə kapitalının 25%-ni təşkil edəcək imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.

Sövdələşmə tamamlanana qədər AccessBank müstəqil bank kimi fəaliyyətini davam etdirəcək. Bu səbəbdən müştərilərimiz üçün hazırkı mərhələdə məhsul və xidmətlərimizdə, filiallarımızın fəaliyyətində və gündəlik bank əməliyyatlarında heç bir dəyişiklik nəzərdə tutulmur.

Birləşmə prosesi irəlilədikcə və sövdələşmənin tamamlanması istiqamətində növbəti mərhələlərə keçdikcə mütəmadi olaraq yenilikləri diqqətinizə çatdıracağıq.

Bu müddət ərzində nəzərdə tutulan əməliyyatla bağlı hər hansı sualınız yaranarsa, « Tez-tez verilən suallar » (Frequently Asked Questions) səhifəmizə daxil ola bilərsiniz.

İctimaiyyət üçün nəzərdə tutulmuş mesajın tam mətni ilə linkdən tanış ola bilərsiniz: Press-reliz
Paylaşmaq