AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib

1 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin aparıcı banklarından biri olan AccessBank media tərəfdaşlarının övladları üçün unikal tədbir təşkil edib.

Tədbirdə bankın müxtəlif departamentlərinə ekskursiya keçirilib, gənc iştirakçılar maliyyə institutunun işi ilə daxildən tanış ola biliblər. Onlar həmçinin maliyyə savadlılığının artırılması üzrə təlimdə iştirak ediblər.

Ekskursiya zamanı uşaqlar bankın əsas iş prinsipləri və müştəri xidmətləri ilə tanış olublar. Onlar üçün ən unikal hadisə bunkerə daxil olmaq, bankın binası və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi prosesləri ilə tanış olmaq, eləcə də plastik kartların istehsalı prosesini müşahidə etmək olub. Bundan əlavə, onlar müştəri məmnunluğunun təmin edilməsində mühüm element olan çağrı mərkəzinin işi ilə də tanış olublar. Onlar özlərini bank işçisi rolunda sınamaq imkanı əldə etdilər ki, bu da təkcə maraqlı deyil, həm də maarifləndirici hadisə idi.

AccessBank, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) dəstəyi ilə uşaqlar üçün maliyyə savadlılığının artırılması mövzusunda təlim təşkil edib. İştirakçılar maliyyə savadlılığının əsaslarını öyrənib, əskinaslar, xərclərin düzgün bölüşdürülməsi zərurəti, ailə büdcəsinin formalaşmasında uşaqların iştirakı haqqında məlumat əldə etdilər.

AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev uşaqları bayram münasibəti ilə təbrik edərək onlara sertifikatlar təqdim etdi və bu da hadisələrlə dolu maraqlı günün xoş yekunu oldu.

AccessBank uşaqların dünya görüşünün genişləndirilməsi və erkən yaşlarından maliyyə savadlılığının formalaşmasına töhvə vermək məqsədilə, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində analoji təşəbbüslərin həyata keçirilməsi və dəstəklənməsini davam etdirəcək.
Paylaşmaq