AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

3 Mart 2026
AccessBank 2026-cı il üzrə Strateji İnkişaf Planına uyğun olaraq regionlarda filial şəbəkəsinin genişləndirilməsini davam etdirir. Bu çərçivədə Bankın sayca 39-cu filialı Gəncə şəhərində fəaliyyətə başlayıb.

Gəncənin iqtisadi potensialı, sahibkarlıq mühiti və əhali sayı nəzərə alınmaqla şəhərdə AccessBank-ın artıq ikinci filialı müştərilərin xidmətinə verilib. Yeni filial bölgədə həm fərdi müştərilərin, həm də sahibkarların bank xidmətlərinə çıxışını asanlaşdıracaq.

Müştərilərə daha yaxın olmaq və xidmət keyfiyyətini yüksəltmək məqsədilə açılan “Kəpəz” filialı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 70 ünvanında yerləşir. Müasir konsepsiya əsasında qurulan filial funksional planlanması və texnoloji həlləri ilə müştərilərə daha rahat xidmət göstərilməsini təmin edir.

Filialda mikro və aqro kreditlər, biznes və istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların rəsmiləşdirilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur. Eyni zamanda, sahibkarlar üçün maliyyə məsləhəti və ehtiyaclara uyğun fərdi həllər də mövcuddur.

AccessBank regionlarda dayanıqlı maliyyə inklüzivliyinin təmin edilməsi və sahibkarlığın maliyyələşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Paylaşmaq