AccessBank dörd nominasiya üzrə qalib oldu

3 Aprel 2026
AccessBank Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi “Bankçılıq Mükafatları – 2025” tədbirində dörd nüfuzlu nominasiya üzrə qalib seçilərək ölkənin bank sektorunda müxtəlif istiqamətlərini mövqeyini bir daha möhkəmləndirdi.

Bank “Korporativ Sosial Məsuliyyət”, “Maliyyə Savadlığı Dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması sahəsində tədbirlər həyata keçirən ABA üzvü” və “Rəqəmsal ödənişlər təhlükəsizliyinə dair maarifləndirmə layihələri” nominasiyaları üzrə mükafata layiq görülüb.

Bu nəticə AccessBank-ın yalnız bank xidmətləri ilə deyil, eyni zamanda cəmiyyətin inkişafına yönəlmiş təşəbbüsləri ilə seçildiyini göstərir. Sosial məsuliyyət layihələri, maliyyə savadlılığının artırılması istiqamətində görülən işlər, sahibkarlığın dəstəklənməsi və rəqəmsal təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər bankın fəaliyyətində vacib istiqamətlər olaraq ön plana çıxır.

Əldə olunan bu uğur AccessBank-ın davamlı inkişaf strategiyasının və məsuliyyətli yanaşmasının məntiqi nəticəsi olmaqla yanaşı, onun ölkənin maliyyə sektorunda güclü və etibarlı mövqeyini daha da möhkəmləndirir.
Paylaşmaq