AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır
14 Aprel 2026
Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61
Bank, 2026-cı ilin 1-ci rübün nəticələrinə görə 13.0 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2025-ci ilin 1-ci rübündə 10.0 milyon manat təşkil edib. 2026-cı ilin 1-ci rüb ərzində Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 5.9% və ya 13.8 milyon artaraq 248.2 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 5.0 dəfə çoxdur.
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
- Kredit portfeli 13.1% və ya 155.1 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 341.3 milyon manat təşkil edib.
- Kredit portfelinin 76.0%-i biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1 019.5 milyon manatdır.
- Depozit portfeli 3.4% və ya 36.4 milyon manat artıb və hesabat dövrün sonuna 1 096.5 milyon manat təşkil edib.
- Eyni zamanda, AccessBank cari ilin 1-ci rübündə beynəlxalq nüfuzlu xarici kreditorlardan 46.8 milyon manat həcmində kredit cəlb etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır.
- Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% çoxdur.
- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8% artaraq 69.5 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 4.8 milyon artaraq 41.0 milyon manat təşkil edir.
- Əlavə olaraq, rüb ərzində qeyri-faiz gəlirləri 4.4 milyon manat olub.
- Nəticədə, Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci rübündə 19.9 milyon manata çatıb.
- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 88.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.9 dəfə yüksəkdir.
Paylaşmaq