AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi
23 Aprel 2026
Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 29/45, ev 66 ünvanında yerləşən filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin rəsmiləşdirilməsi, plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur.
Filial müasir dizayn və funksional həllər əsasında yenidən qurulub ki, bu da müştərilərə xidmətlərdən daha rahat və səmərəli şəkildə yararlanmaq imkanı yaradır. AccessBank xidmət infrastrukturunun yenilənməsini müştəriyönümlü strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirir və bu sahədə ardıcıl addımlar atmağa davam edir.
Paylaşmaq