Tez-tez verilən suallar

İşsiz qalsam, sığorta kreditimi ödəyəcəkmi?

Təəssüf ki, xeyr. Bu sığorta sizi yalnız ölüm və əlillik hallarından sığortalayır.

Bu sığortanın tibbi sığortadan fərqi nədir?

Tibbi sığorta sizi sağlamlıqla bağlı tibbi xərclərdən, Kredit Həyat Sığortası isə həyati təhlükə olan risklərdən qoruyan sığorta növüdür. Əlillik və ö

Kreditimin və ya sığortamın ödənişini gecikdirsəm, sığorta qüvvədən düşərmi?

Siz kreditinizi əldə edən zaman sığorta müqaviləsi üzrə ödənişinizi həyata keçirməlisiniz. Əks halda qısa müddət ərzində sığorta müqaviləniz ləğv edil

Kredit Həyat Sığortamı ləğv etdirib, ödənişi geri ala bilərəmmi?

Sığorta müqavilənizə xitam verildiyi halda inzibati xərclər tutulmaqla istifadə olunmayan müddət üçün sığorta haqqınız geri qaytarılacaqdır, ancaq bu

Sığorta almasam, mənə nəsə olsa, kreditimi kim ödəməlidir?

Qanunvericiliyə əsasən kredit öhdəliyiniz vərəsəliyinizi qəbul edən şəxsə keçəcəkdir. Müşahidələrimizə əsasən vərəsəliyin adətən ailə üzvlərinə keçdiy

Mənim adıma başqası kredit götürür. Onun üçün də ala bilərəmmi Kredit Həyat Sığortası?

Siz öz adınıza kredit həyat sığortası almaqla sabah başınıza gələ biləcək xoşagəlməz hadisələrdən özünüzü və ailənizi sığortalaya, həmçinin adınıza kr

Mənim kreditim yoldaşımın (başqa şəxsin) adınadır. Yenə də Kredit Həyat Sığortası ala bilərəmmi?

Müqavilə üzrə sığorta olunan dedikdə, kredit əldə edən şəxs nəzərdə tutulur. Yəni yoldaşınız kredit götürən zaman sığortalana bilər. Siz isə öz adınız

Kredit Həyat Sığortası götürmək məcburdurmu?

Banklar bu sığorta növünü müştərilərə təklif etməyə məcburdur, ancaq müştərilər seçim etməkdə azaddırlar.

Kredit götürən zaman çox sayda sığorta təklif olunur, bunun digərlərindən fərqi nədədir?

Bu sığorta növü sizi digər sığorta növlərindən fərqli olaraq bütün kredit müddəti və bütün kredit borcu üçün sığortalayır.

Mövcud kreditim üçün Həyat Sığortası ala bilərəmmi?

Bəli, qalan kredit müddətinizə və ödəniş qrafiki üzrə qalıq borc məbləğinizə uyğun həyatınızı sığortalaya bilərsiniz.