İdarəetmə və təşkilat strukturu
Davit Tsiklauri maliyyə sektorunda 20 ildən çox təcrübəyə malikdir. O, AccessBank-a təyin olunmazdan əvvəl HamkorBank və Kompanion Bank-da Qeyri-icraçı direktor vəzifəsində işləyib, həmçinin Gürcüstanın Pensiya Fondunun İnvestisiya Şurasının üzvü olub.
Cənab Tsiklauri 2014-2019-cu illərdə Gürcüstanın ən böyük maliyyə institutlarında - Bank of Georgia-da Baş Maliyyə İnzibatçısı və TBC Bank-da İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışıb.
Bundan öncə isə cənab Tsiklauri Deutsche Bank-ın London ofisində Kapital bazarları və Xəzinə həlləri komandasında işləyib.
David Tsiklauri London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.
Gürcü, rus və ingilis dillərini bilir.
E-mail: [email protected]
Tel: 151
Orxan İsmayılov
İH Sədrinin müavini, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı
Orxan İsmayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.
Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.
Azərbaycan, rus və ingilis dillərini bilir.
David Alimbaraşvili bank və maliyyə sahəsində 20 ildən çox təcrübəyə malikdir. O, on 12 ildə rəhbər vəzifələrdə, o cümlədən banklarda və fin-texnologiya şirkətlərində icraçı menecer vəzifəsində işləyib. 2006-2022-ci illər ərzində cənab Alimbaraşvili regionun ən böyük maliyyə institutlarında – “BTA Bank” və “Halyk Bank”da rəhbər vəzifələrdə çalışıb. Bir neçə il ərzində “Equfin Holding”in Baş Əməliyyat Direktoru vəzifəsində işləyib. Davit Alimbaraşvilinin təcrübəsi coğrafi baxımından da müxtəlifdir. O, illərlə Qazaxıstan, Azərbaycan, Ukrayna, İspaniya kimi ölkələrdə çalışıb. D.Alimbaraşvili həmçinin Balkanlarda və Orta Asiyada bəzi qısamüddətli layihələr də həyata keçirib.
AccessBank-a qoşulmazdan əvvəl cənab Alimbaraşvili “Liberty Bank Georgia”da Baş risk inzibatçısının müavini və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
Cənab Alimbaraşvili İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində MBA dərəcəsini alıb.
Gürcü, rus və ingilis dillərini bilir.
Renat Hümbətov 20 illik bankçılıq təcrübəsinə malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Qazax filialına, 2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbərliyi ilə eyni zamada həm də Regional menecer olaraq da fəaliyyət göstərib. 2021-2022 illərdə Bankın Mikro və Aqro müştərilər üzrə departamentinin rəhbəri olub. 1 aprel 2022-ci il tarixindən Mikro və KOBM üzrə İcraçı Direktordur.
Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Azərbaycan, rus, ingilis dillərini bilir.
Teymur Ağakişiyev 19 ildən çoxdur ki, bank sahəsində fəaliyyət göstərir. Bu illər ərzində məhsul inkişafı, rəqəmsal ödənişlər, strateji idarəetmə və xəzinədarlıq sahələrində bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Son 5 il ərzində İdarə Heyəti Sədrinin Müavini və Baş Maliyyə İnzibatçısı vəzifələrini icra etmişdir.
O, biznesin maliyyə və əməliyyat fəaliyyətlərinin planlaşdırılması və idarə olunması ilə yanaşı, rəqəmsal transformasiya və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslərə rəhbərlik etmişdir. Əmək fəaliyyəti dövründə bank kartları, elektron ödənişlər və P2P texnologiyalarının inkişafı üzrə bir sıra innovativ layihələrin müəllifi və icraçısı olmuşdur.
Onun əsas nailiyyətlərinə ExpressPay ödəniş sisteminin yaradılması, Zolotaya Korona vasitəsilə ölkənin istənilən bank kartına eksklüziv köçürmə imkanının tətbiqi, həmçinin VISA və MasterCard sistemləri ilə əməkdaşlıq çərçivəsində rəqəmsal innovasiyaların həyata keçirilməsi daxildir.
Bu təyinatadək Expressbank ASC-də İdarə Heyəti Sədrinin Müavini və Baş Maliyyə İnzibatçısı kimi fəaliyyət göstərmişdir.
2025-ci ilin aprel ayından Baş Əməliyyat İnzibatçısı (COO) qismində AccessBank QSC-də fəaliyyət göstərir. O, bankın ödənişlər, kart biznesi, müştəri təcrübəsi, rəqəmsal transformasiya və məhsul innovasiyaları istiqamətlərinə fokuslanır.
Azərbaycan Texniki Universiteti məzunudur və Maliyyə Universiteti (RF)-də MBA proqramını bitirmişdir. Dillər: azərbaycan, rus, ingilis.
Teymur Ağakişiyev