Səhmdarlar

Səhmdarlar
Səhmlərin payı
Asian Development Bank (19.90%, imtiyazlı səhmlərlə 20.33%)
Asiya İnkişaf Bankının məqsədi Asiya və Sakit Okean regionlarının çiçəklənməsinə, onların hərtərəfli və sabit inkişafına nail olmaqdır. O, bu regionda ifrat yoxsulluğun aradan qaldırılmasına səy göstərir. 1966-cı ildə təsis olunmuş AİB 68 üzvə məxsusdur ki, onlar da 49-u regionda yerləşir.

Daha çox məlumat almaq üçün zəhmət olmasa, linkə keçid alın: https://www.adb.org/ saytına daxil olun.

Azərbaycanın ən böyük tərəfdaşı kimi, Asiya İnkişaf Bankı 1999-cu ildən bəri ölkəyə 5 milyard dollardan çox maliyyə dəstəyi göstərib. AİB-ın Azərbaycanla tərəfdaşlıq strategiyası özəl sektorun inkişafı, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması və insan kapitalının güclənməsinə kömək etmək məqsədi daşıyır.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: https://www.adb.org/countries/azerbaijan/main

European Investment Bank (17.39%, imtiyazlı səhmlərlə 17.76%)
Avropa İnvestisiya Bankı (AİB) Avropa Birliyinin uzunmüddətli kredit təşkilatıdır və AB üzv dövlətlərinə məxsusdur. AİB həm Avropada, həm də onun hüdudlarından kənarda Avropa İttifaqının siyasətinə dair məqsədlərə töhfə vermək məqsədi ilə sabit investisiya yatırımlarına uzunmüddətli maliyyə vəsaitləri təqdim edir. Avropa İnvestisiya Bankı təxminən 160 ölkədə fəaliyyət göstərir.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: https://www.eib.org/az/

International Finance Corporation (15.86%)
Dünya Bankının törəmə təşkilatı olan BMK inkişaf etməkdə olan bazarlarda özəl sektora yönəlmiş ən böyük qlobal inkişaf təşkilatıdır.
Daha ətraflı məlumat üçün www.ifc.org saytına daxil olun.

Azərbaycan 1995-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasına üzv olub. BMK 31 dekabr 2016-cı il tarixinə qədər ölkəyə 473 milyon dollar sərmayə yatırıb. Bunun 73 milyon dolları maliyyə xidmətləri, infrastruktur, istehsal və digər sahələrdə 56 uzunmüddətli layihəni maliyyələşdirmək üçün kreditorlardan cəlb edilib. Bundan əlavə, BMK ticarət maliyyələşdirmə proqramı vasitəsilə ticarətə 80 milyon dollara yaxın dəstək verib, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün 250 milyon dollar təqdim edib. BMK özəl sektorun inkişafını təşviq etməyə yönəlmiş bir sıra kolsultativ layihələr də həyata keçirib.

BMK-ın Azərbaycandakı fəaliyyəti Dünya Bankı Qrupunun ölkədə 2015-2020-ci illərdə iqtisadi rəqabət qabiliyyətinin təmin olunması, biznes üçün maliyyə mənbələrinə çıxışın artırılması və iş mühitinin yaxşılaşdırılması təşəbbüslərinin gücləndirilməsinə yönəlib. BMK infrastruktur layihələri və ixrac yönümlü sektorlar da daxil olmaqla real sektora dəstək üçün investisiya və məsləhət imkanları axtaracaq.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: https://www.ifc.org/wps/wcm/connect/region__ext_content/ifc_external_corporate_site/europe+and+central+asia/resources/ifc+in+azerbaijan+fact+sheet

responsAbility tərəfindən idarə olunan investisiya fondları aşağıdakılardan ibarətdir:
  • ResponsAbility MultiConcept Fund Management S.A ('responsAbility A') - 6.81%
  • ResponsAbility SICAV (Lux) ('responsAbility B') - 2.01%, imtiyazlı səhmlərlə 1.97%
  • ResponsAbility SICAV (Lux) ('responsAbility C') - 3.07%, imtiyazlı səhmlərlə 3.11%
  • ResponsAbility SICAV (Lux) ('responsAbility D') - 0.091%, imtiyazlı səhmlərlə 0.092%
RESPONSABILITY INVESTMENTS AG HAQQINDA
responsAbility inkişaf etməkdə olan ölkələrə yönəlmiş aparıcı investordur. ResponsAbility, 90 ölkə arasında inklüziv iş modelləri olan 500 şirkət üçün xüsusi borc və özəl kapitalı təmin edən müxtəlif investisiya vasitələrində 3 milyard ABŞ dolları dəyərində aktivləri idarə edir. 2003-cü ildə təsis olunmuş şirkətin qərargahı Sürixdə yerləşir və Banqkok, Cenevrə, Honq-Konq, Lima, Lüksemburq, Mumbay, Nairobi, Oslo və Parisdə yerli ofislərə malikdir.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: www.responsAbility.com

FMO (9,41%, imtiyazlı səhmlərlə 9.62%)
FMO Niderlandın inkişaf bankıdır. O, irimiqyaslı layihələri və sahibkarları maliyyələşdirməklə inkişaf etməkdə olan ölkələrdə və bazarlarda özəl sektorun sabit inkişafını dəstəkləyir. FMO-nun rolu təkcə maliyyələşdirmə ilə məhdudlaşmır, çünki biznes müəssisələrindən, həmçinin, insanların rifah halının yaxşılaşdırılması, korporativ idarəetmə və ətraf mühitin mühafizəsi kimi yüksək beynəlxalq standartlara riayət edilməsi tələb olunur. Biznes müəssisələrini bu üsulla maliyyələşdirməklə, FMO onların uzunmüddətli fəaliyyət göstərərək inkişaf etmələrinə, iş yerləri yaratmalarına və vergi ödəmələrinə imkan yaradır ki, bu da yerli icmaları və iqtisadiyyatı gücləndirir. 

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: www.fmo.nl saytına daxil olun

OeEB – Avstriya İnkişaf Bankı (9.17%, imtiyazlı səhmlərlə 9.36%)
Oesterreichische Entwicklungsbank AG (OeEB) 2008-ci ilin mart ayından etibarən Avstriya İnkişaf Bankı qismində fəaliyyət göstərir. O, inkişaf etməkdə olan ölkələrdə sabit inkişafa zəmin yaradan özəl sektor layihələrinə uzunmüddətli maliyyə xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıb. Bundan əlavə, OeEB tərəfindən təqdim olunan texniki yardım layihələrin ümumi inkişafa təsirinin gücləndirilməsinə yönəldilə bilər.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: www.oe-eb.at

SIFEM AG (8.51%)
İnkişaf etməkdə olan bazarlar üçün İsveçrə İnvestisiya Fondu İsveçrə Konfederasiyasının inkişafın maliyyələşdirilməsi təşkilatıdır. SIFEM inkişaf etməkdə olan ölkələrdə kommersiya cəhətdən sabit kiçik və orta biznes müəssisələrini (KOB), eləcə də sürətlə inkişaf edən müəssisələri maliyyələşdirməklə uzunmüddətli, sabit və hərtərəfli iqtisadi artımı dəstəkləyir, onlar isə, öz növbəsində, daimi iş yerlərinin açılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına şərait yaradır.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: https://www.sifem.ch/

EFSE (2.78%, imtiyazlı səhmlərlə 2.93%)
Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) Cənub-Şərqi Avropanın və Şərqi Avropanın qonşu regionlarının iqtisadi inkişafını və çiçəklənməsini dəstəkləyərək mikro və kiçik müəssisələrin uğurlu fəaliyyətinə sərmayə yatırır və özəl təsərrüfatların həyat səviyyəsini yaxşılaşdırır. Bu seqmentin inkişafı üçün maliyyə xidmətlərinə tələbat böyük olduğundan, EFSE bu məqsədli qrupun məsuliyyətli maliyyələşdirilməsi üçün öz imkanlarının genişləndirilməsində yerli maliyyə sektorlarına kömək edir.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: https://www.efse.lu/

Green for Growth Fund (GGF) - (1.77%, imtiyazlı səhmlərlə 1.87%)
Green for Growth Fund (GGF) fondunun missiyası, əsasən, maliyyə institutları ilə tərəfdaşlıq və bilavasitə maliyyələşdirmə yolu ilə Cənub-Şərqi Avropada, Avropanın qonşu regionlarında, Yaxın Şərqdə və Şimali Afrikada enerji və resurslardan istifadənin effektivliyinin yüksəldilməsinə və bərpa olunan enerji mənbələrinin artırılmasına töhfə verməkdən ibarətdir.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: https://www.ggf.lu/

Qara Dəniz Ticarət və İnkişaf Bankı (0.56%)
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) beynəlxalq maliyyə təşkilatıdır. QDTİB-nın mənzil-qərargahı Yunanıstanın Tessaloniki şəhərində yerləşir. QDTİB üzv ölkələrin dövlət və özəl sektorlarında layihələrin və ticarətin maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, kapital və zəmanətlər təqdim etməklə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir. Bankın nizamnamə kapitalı 3.45 milyard Avro təşkil edir. QDTİB Standard and Poor’s agentliyinin uzunmüddətli “A-” reytinqinə və Moody’s agentliyinin “A2” reytinqinə malikdir.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: www.bstdb.org 

Bankın rolu və prioritetləri (I), 2019-2022-ci illər üzrə orta müddətli strategiyası və biznes planı (II), həmçinin mövcud olan resursları nəzərə alaraq (III), ölkənin tələbat və məqsədləri, QDTİB-in strategiya və siyasətinə uyğun olaraq öz əksini tapıb. QDTİB operativ fəaliyyəti üçün əlverişli imkanlar axtaracaq və bank layihələrini dəstəkləmək üçün Azərbaycan iqtisadiyyatındakı inkişafı yaxından izləməyə davam edəcək. Mümkün olduqda, Bank öz mandatına uyğun olaraq,beynəlxalq maliyyə institutları, dövlət qurumları və özəl tərəfdaşlarla birgə maliyyələşdirməyə çalışacaqdır.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: https://www.bstdb.org/our-projects/country-profile/azerbaijan

LFS Advisory GmbH (0.13%)
LFS Almaniyanın Berlin şəhərində yaradılmış məsləhətçilik-idarəetmə şirkətidir. Şirkət inkişaf etməkdə olan ölkələrin bank və maliyyə sektorlarının layihələri üzrə ixtisaslaşıb. LFS mikro, kiçik və orta müəssisələrin (MSME) maliyyələşdirilməsinə xüsusi diqqət yetirir. 1997-ci ildən məsləhətçilik şirkəti qismində fəaliyyət göstərən LFS hal-hazırda, həmçinin, MSME maliyyələşdirilməsi üzrə menecer və investordur.

Zəhmət olmasa, ətraflı məlumat üçün linkə keçin: https://www.lfs-advisory.com

Geniş baxmaq

Pay bölgüsü adi səhmlər əsasında əks olunmuşdur

31.12.2023