AccessBank “Qızıl Şans” lotereyasının ilk tirajının qaliblərini elan etdi
29 Avqust 2025
Qeyd edək ki, tirajlarda yalnız 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında (I tiraj) və 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında (II tiraj) lombard krediti rəsmiləşdirən müştərilər iştirak edə bilərlər. Hər 1 000 AZN məbləğində lombard krediti müqabilində 1 iştirak haqqı qazanılır. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən edilir. “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasının şərtlərinin 9-cü bəndinə edilən dəyişikliyə görə qaliblər “.Net” proqramı vasitəsi ilə seçilir.
Növbəti tiraj 26 dekabr 2025-ci il tarixlərində AccessBank-ın Baş ofisində keçiriləcək və bankın rəsmi Instagram, Facebook və YouTube hesablarında canlı yayımlanacaq.