Elgin Cümşüdov AccessBank-ın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib
5 İyun 2025
Elgin Cümşüdovun AccessBank-da 20 illik peşəkar təcrübəsi var. O, bundan öncə Kredit Back Office Departamentinin rəhbəri, Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri üzrə Direktor vəzifələrində çalışıb. Ardınca isə Pərakəndə Bankçılıq Departamentinin rəhbər müavini, son təyinata qədər isə həmin Departamentin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Elgin Cümşüdov bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.