AccessBank Elm və Təhsil Nazirliyi ilə birgə Müəllimlər Gününü qeyd etdi

5 Oktyabr 2025
AccessBank Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Beynəlxalq Müəllimlər Gününü xüsusi, səmimi bir formatda qeyd edib.

Qeyri-rəsmi formada təşkil olunan tədbirdə uzun illər təhsil sahəsində çalışan, pedaqoji sahədə zəngin təcrübəyə malik bir qrup müəllim iştirak edib.
Tədbir zamanı AccessBank rəhbərliyi müəllimləri ürəkdən təbrik edərək bu gün ölkənin müxtəlif sahələrində uğur qazanan minlərlə gəncin nailiyyətlərinin arxasında onların fədakarlığı, səbri və zəhmətinin dayandığını vurğulayıb. Görüşdə müəllimlik peşəsi gənc nəslin şəxsiyyət kimi formalaşmasına yönəlmiş ən ali və mənəvi missiyalardan biri kimi dəyərləndirilib

AccessBank olaraq biz bütün müəllimlərə dərin minnətdarlığımızı ifadə edir, onların əməyinə olan hörmətimizi xüsusi Təşəkkürnamələrlə simvolik şəkildə çatdırmaqdan qürur duyuruq.

Bu təşəbbüs bankımızın sosial məsuliyyət strategiyasının bir parçası olmaqla yanaşı, təhsilə verdiyimiz davamlı dəstəyin də bariz nümunəsidir.
Paylaşmaq