AccessBank Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına dəstək məqsədilə $7,5 milyon məbləğində kredit cəlb edib

9 Oktyabr 2025
AccessBank, mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOS) üçün enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə Global Climate Partnership Fund S.A. (GCPF, responsAbility Investments AG tərəfindən idarə olunur) ilə 7,5 milyon ABŞ dolları məbləğində yeni kredit sazişi imzalayıb.

Bu, GCPF ilə əməkdaşlığın ikinci mərhələsidir. Birinci tranş 2023-cü ilin dekabr ayında, COP29 ərəfəsində uğurla həyata keçirilmiş və yaşıl layihələrin maliyyələşdirilməsinə yönəldilmişdi. Yeni, daha böyük həcmli tranş Azərbaycanın yaşıl inkişaf gündəliyinin dəstəklənməsinə xidmət etməklə yanaşı, AccessBank-ın ekoloji dayanıqlı həllərin və məsuliyyətli biznes təcrübələrinin təşviqində rolunu daha da möhkəmləndirir.

“GCPF ilə əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın iqtisadiyyatının dekarbonizasiyası ilə şaxələndirilməsinə töhfə verməkdən qürur duyuruq. Yaşıl maliyyələşmənin genişləndirilməsi həm dayanıqlı iqtisadiyyatın formalaşmasına, həm də mikro, kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli dəstək olacaq.”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
Paylaşmaq