AccessBank 2025-ci ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır

14 Oktyabr 2025
Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır.

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

Bank, 2025-ci ilin hesabat dövrünün nəticələrinə görə, 35.6 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 10.6% və ya 155.1 mln manat artaraq 1.6 mlrd. manatı keçib.

Sözügedən artımın əsas səbəbi kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki:

-    Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 15.6% və ya 175.2 milyon manat artıb və hesabat dövrünün sonuna 1 296.9 milyon manat təşkil edib.

-    Kredit portfelinin 76.8%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 995.8 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13.9% və ya 121.5 milyon manat artıb.

-    Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrünün sonuna 1 045.1 milyon manat təşkil edir.

-    AccessBank hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 45.3 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 145.7 mln manata çatmışdır.

-    Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir.

-    2025-ci ilin hesabat dövrü ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 29.5% və ya 50.5 milyon artaraq 221.8 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.4 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.

-    Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.2% artaraq 187.1 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 11.2 milyon artaraq 114.2 milyon manat təşkil edir.

-    Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin hesabat dövrü ərzində 54.7 milyon manat təşkil edib.

-    Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 67.68% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.3 dəfə yüksəkdir.
Paylaşmaq