Bank qarantiyaları
Bank qarantiyaları-İki biznes tərəfdaşı arasında bağlanmış müqavilə əsasında birinin digəri qarşısında öhdəliklərinin təminat üsuludur. Bank, qarantiya ilə nəzərdə tutulmuş məbləğin, zəmanət şərtlərinə uyğun yazılı tələb təqdim olunduqda ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qarantiya ödəniş aləti deyil və zəmanət üzrə ödəniş müştəri öhdəliklərini yerinə yetirmədikdə aparılır. Bank qarantiyasından istifadə edildikdə, ödəniş əvvəlcədən deyil, çatdırılmadan sonra və ya hissə-hissə ödənilir.