Aqrar Kredit və İnkişaf Agentliyi vəsaiti hesabına Kənd təsərrüfatı kreditləri
Bu növ kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına Kənd təsərrüfatına dəstək üçün illik 7% və ya 12%-lə verilir. Həmçinin, güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan alışı üçün nəzərdə tutulan kreditlər mövcuddur. Belə ki, sahibkar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40 %-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür. Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir.