Anar Həsənov

İdarə Heyətinin Sədri və Baş Menecer (CEO)

Anar Həsənov AccessBank-da öz fəaliyyətini 2002-ci ilin sentyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb, daha sonra Baş Kredit Mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış KOB Departamentinə keçirilib. O, 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinə üzv seçilib. A.Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyətinin sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub. 2018-ci ilin iyun ayından İdarə Heyətinin Sədri və Baş Menecer vəzifələrində çalışır. O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. A.Həsənov həmçinin Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib. Azərbaycan, rus və ingilis dillərini bilir.

E-mail: info@accessbank.az
Tel: (+994 12) 490 80 10

Valyuta Məzənnələrİ

21.05.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8591 1.9160
Nağdsız ödəniş

Nağdsız ödəniş

21.05.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8780 1.9122
GBP 2.1195 2.1844
RUB 0.2060 0.0267

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN