Kreditlər
Depozitlər
Kartlar
Onlayn xidmətlər
Digər xidmətlər
AZ
EN RU

Korporativ İdarəetmə

Daxili komitələr

Risklərin idarə edilməsi və komplayens komitəsi:
Əsas vəzifələri:
  • Risklərin idarə edilməsi prosesinin hər bir mərhələsinə dair minimum tələbləri müəyyən edir;
  • Müxtəlif risklər üzrə risklərin idarə edilməsi bölməsi tərəfindən hesablanmış limitləri müəyyən edir və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim edir;
  • Bankdaxili risklərin idarə edilməsi funksiyasını qiymətləndirir;
  • Müxtəlif əməliyyat və fəaliyyət istiqamətləri üzrə qaydalara, həmçinin risklərin idarə edilməsi işində istifadə edilən müxtəlif qayda və metodologiyalara, risklərin idarə edilməsi siyasətinə yenidən baxır;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yuxarıda 3 və 4-cü bəndlərdə göstərilən məsələlər üzrə Müşahidə Şurasına müəyyən təkliflər verir;
  • Bankın Risklərin İdarə Edilməsi Departamentinin fəaliyyətini qiymətləndirir;
  • Bankın Risklərin İdarə Edilməsi Departamentinə risklərin idarə edilməsi metodları, ssenari və modellərinin tətbiqinə dair təlimatlar da daxil olmaqla, lakin bununla məhdudlaşmadan, risklərin idarə edilməsinə dair təlimatlar verir;
  • Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikası Mərkəzi Bankının tətbiq edilən müvafiq norma, qayda və standartlarına uyğun olaraq, Risklərin İdarə Edilməsi Departamenti və Bankın digər müvafiq orqanlarından mütəmadi olaraq hesabatlar, təkliflər və məlumatlar təqdim etməyi tələb edir;
  • Bankın Risklərin İdarə Edilməsi Departamenti tərəfindən hazırlanmış fövqəladə hallar planını nəzərdən keçirir;
  • Müxtəlif risklərin aşkara çıxarılması üçün istifadə olunan sorğuların dövriliyini və tematikasını müəyyən edir;
  • Banklarında risklərin monitorinqi üçün erkən xəbərdarlıq alətləri kimi istifadə olunan əmsal və faktorları müəyyən edir;
  • Bankın Müfakatlandırma Komitəsi ilə birgə mükafatlandırma siyasəti, daxili mükafatlandırma prosedurları, xüsusi mükafatlandırma mexanizmləri və onların yerinə yetirilməsi də daxil olmaqla (lakin bununla məhdudlaşmadan), mükafatlandırma sisteminin effektivliyi və səmərəliyini ildə bir dəfədən az olmamaq şərti ilə qiymətləndirir;
  • Bankın digər daxili komitələrini risklərin idarə edilməsi ilə bağlı fəaliyyətini əlaqələndirir;
  • İdarə Heyətinə risklərin idarə edilməsi mexanizminin gücləndirilməsi ilə bağlı tövsiyələr verir və Müşahidə Şurasına İdarə Heyətinin onların tövsiyələrinə əməl etməsi barədə hesabat verir;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq risklərin idarə edilməsinə dair digər vəzifə və tapşırıqları yerinə yetirir.
Tərkibi:
  • Verner Kleys, Sədr, Müşahidə Şurasının Üzvü
  • Andrea Hagmann, Müşahidə Şurasının Üzvü
  • Orxan İsmayılov, Risklərin İdarə Edilməsi üzrə İcraçı Direktor, İdarə Heyətinin Üzvü
  • Ramin Hüseynov, Maliyyə üzrə Baş Direktor, İdarə Heyətinin Üzvü
  • Zəhra Zeynalova, İT və İnfrastruktur üzrə Baş Direktor
  • Davit Tsiklauri, Baş İcraçı Direktor, İdarə Heyətinin Sədri (səs hüququ olmayan üzv)
  • Olqa Tomaş, Audit Komitəsinin Sədri (səs hüququ olmayan üzv)
Mükafatlandırma Komitəsi:
Əsas vəzifələri:
  • Bankın mükafatlandırma siyasətini və daxili mükafatlandırma prosedurunu müəyyən etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
  • Mükafatlandırma siyasəti, daxili mükafatlandırma prosedurunun tətbiqini müşahidə etməli və tətbiqinə nəzarət etməlidir.
  • Müşahidə Şurasına mütəmadi olaraq hesabat vermək və illik mükafatların ümumi həcmi barədə təklif etmək.
  • Müşahidə Şurasına Bankın vəzifəli şəxs və işçilərinin həvəsləndirilməsi üçün zəruri və ya arzuolunan hesab etdiyi hər hansı digər xüsusi mükafatlandırma mexanizmləri barədə təklif irəli sürə bilər.
  • Performansa görə verilən mükafatların səmərəli şəkildə Bankın uzunmüddətli hədəflərinə əsaslandığını və qısa-müddətli hesabat mexanizmləri ilə manipulyasiya olunmamasını təmin etmək.
  • Mükafatın ədalətli və adekvat olmasını təmin etmək üçün, Mükafatlandırma Komitəsi periodik olaraq Bankın vəzifəli şəxslərinə və işçilərinə verilən mükafatların (maaşlar, əlavə ödənişlər və digər ödənişlər də daxil olmaqla) məbləğini yoxlamalı və yoxlamanın nəticələri barədə Müşahidə Şurasına hesabat verməli, belə mükafatların məbləği barədə Müşahidə Şurasına təkliflər irəli sürməlidir.
  • Komitənin işi Azərbaycan Respublikasının müvafiq qanunları, Komitəyə dair daxili qaydalar, Müşahidə Şurasının qərarları, Səhmdarların Ümumi Yığıncağı və Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili sənədlər və öz qərarları ilə tənzimlənir.
Tərkibi:
  • Corc Rubli, Komitə Sədri, Müşahidə Şurasının Üzvü
  • Dariuş Katsprşik, Müşahidə Şurasının Üzvü
  • Andrea Haqmann, Müşahidə Şurasının Üzvü
  • Davit Tsiklauri, Baş İcraçı Direktor, İdarə Heyətinin Sədri
  • Nigar Hüseynzadə, İnsan Resursları üzrə İcraçı Director