AccessBank-ın və Boğaziçi Universitetinin mini MBA üzrə ilk proqramı sona yetdi
23 İyun 2023
AccessBank-ın ən böyük dəyəri onun komandasıdır. Bu səbəbdən əməkdaşlarının daim inkişaf etməsi, təkmilləşməsi Bankın bir nömrəli məqsədidir.
AccessBank, bu dəfə də əməkdaşları üçün Mini MBA proqramını keçirib. Türkiyənin qabaqcıl Boğaziçi Universiteti ilə imzalanmış anlaşmaya əsasən, Universitetin professor heyəti AccessBank-lılara mini MBA proqramını tədris edib. Artıq daxili imtahanlardan uğurla keçmiş ilk 20 AccessBank əməkdaşı mini MBA üzrə Boğaziçi Universitetindən məzun olublar.