AccessBank Azərbaycanda MKOS-ların dəstəklənməsi məqsədilə AYİB-dən 10 milyon ABŞ dolları həcmində əlavə maliyyələşdirmə aldı
16 May 2025
Bu vəsait ölkə üzrə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi və inkişafına yönəldiləcək. Yeni maliyyələşdirmə AccessBank-ın Azərbaycanda davamlı iqtisadi inkişafın vacib qüvvələrindən biri kimi rolunu daha da gücləndirəcək və yerli sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək.
“Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AccessBank-ın strateji prioritetlərindən biridir. AYİB-dən əldə olunan bu yeni maliyyələşdirmə bizə, xüsusilə də MKOS kreditlərinə artan tələbat fonunda, müştərilərimizin kapitala çıxış imkanlarını daha da genişləndirməyə imkan verir. AYİB ilə uzunmüddətli tərəfdaşlığımızdan qürur duyuruq. Əməkdaşlığımız ortaq dəyərlər və davamlı iqtisadi inkişafa sadiqlik üzərində qurulub,” – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
AYİB-in maliyyə dəstəyi, həmçinin, inklüziv iqtisadi artımın təşviqinə və Azərbaycanda özəl sektorun rolunun gücləndirilməsinə xidmət edir. Bu tərəfdaşlıq hər iki qurumun – sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionda maliyyə dayanıqlığının artırılması istiqamətindəki ortaq səylərini əks etdirir.