Mükafatlar

Yaradıldığı gündən etibarən AccessBank yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Dəqiqlik, şəffaflıq və uğurlu biznes prinsiplərinə əsaslanaraq Bank ən yaxşı bank xidmətlərinin göstərilməsi və müştərilərə yeni bank məhsullarının təqdim olunması üzrə lider olduğunu sübut etməyi bacarıb. AccessBank-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmağa kömək etməklə bərabər, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.

The Banker2015
AccessBank The Banker tərəfindən İlin ən Yaxşı Bankı elan edilib (FT qrupu. Financial Times Ltd. qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan The Banker 02 dekabrda Londonda keçirilən təltifat mərasimində AccessBank-ı «Azərbaycanda İlin ən yaxşı Bankı» nominasiyasında mükafatlandırıb. Artıq üçüncü dəfədir ki, Bank son beş il ərzində bu ali mükafata layiq görülür.
Global Finance
Global Finance jurnalı 2015-ci ilin mükafatlandırma mərasimində AccessBank-ı “Asiya-Sakit okean regionu üzrə inkişaf edən bazarların ən yaxşı bankı” nominasiyasında «Azərbaycanın ən yaxşı bankı» adına layiq görüb. Bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 25 ölkəsi arasında ən yaxşı bankı seçiblər.
Amcham
5 fevral 2015-ci il tarixində AccessBank Azərbaycanda Amerika Ticarət Palatasının keçirdiyi AMCHAM CSR 2014 Excellence Award müsabiqəsinin “Mədəniyyət” nominasiyasında qalib və “Korporativ Filantropiya” nominasiyasında ikinci yerin sahibi oldu
International Finance
"International Finance Magazine" (IFM) jurnalının qiymətləndirməsi əsasında London şəhərində nüfuzlu "Financial Awards 2014" mükafatlarının rəsmi təqdimat mərasimi keçirilmişdir. AccessBank “Ən yaxşı pərakəndə bank” mükafatına layiq görülüb.
Euromoney2014
AccessBank 10 iyul 2014-cü il tarixində Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bu nominasiyada Bank artıq beşinci ildir ki, bu mükafatı qazanır.Maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Euromoney mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur.