AccessBank-dan sərfəli 11%-lik “Gəlirli bahar gəlir” depozit kampaniyası

18 mart 2024

Azərbaycanın maliyyə bazarının aktiv iştirakçısı, Sizin yerli Avropa bankınız - AccessBank, yazın gəlişi münasibəti ilə “Gəlirli bahar gəlir” depozit kampaniyasına start verib.

AccessBank müştərilərə vəsaitlərinin uzunmüddətli saxlanılması, qorunması, artırılması, eləcə də sərfəli maliyyə həllərinin təqdim edilməsi məqsədi ilə, yerli və xarici valyutada əmanətlər üzrə sərfəli yaz kampaniyasını təqdim edir.

“Gəlirli bahar gəlir” əmanət kampaniyası 07.03.2024-cü il tarixindən 01.05.2024-cü il tarixinədək qüvvədədir.

Kampaniya çərçivəsində 6-24 ay müddətinə milli valyutada əmanətlər üzrə illik faiz gəliri 11% - dək, xarici valyutada əmanətlər üzrə isə 4% - dək təşkil edir. Faiz gəlirləri əmanətin müddətindən asılı olaraq dəyişir.

AccessBank-da depozit yerləşdirməyin üstünlükləri:

  • Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
  • Sərfəli depozit faizi əldə edirsiniz.
  • Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Müddətli əmanət haqqında ətraflı məlumat:

Link: https://www.accessbank.az/az/private/deposits/timed/

AccessBank mütəxəssisləri ilə əlaqə üçün 151 Əlaqə Mərkəzi ilə əlaqə saxlayın.

AccessBank ilə baharınızı daha da gəlirli etmək şansını qaçırmayın!

Paylaşmaq