PİN-kodu dəyişdirilmiş kart sahibləri üçün vacib məlumat
Əgər siz, AccessBank-a məxsus ödəniş kartında PİN-kod dəyişmisinizsə, bu halda 22 Fevral 2024 -cü il tarixindən etibarən istifadə etdiyiniz PİN-kod işləməyəcək.
Kartınıza yeni PİN-kod təyin etmək üçün sizə AzəriKard tərəfindən müvəqqəti 4 rəqəmli PİN-kodla SMS göndəriləcək. Bu SMS-i aldıqdan sonra siz AccessBank-ın istənilən ATM-nə yaxınlaşıb “ePİN” xidmətindən istifadə edərək 10 gün ərzində yeni PİN təyin edə bilərsiniz (əvvəlki PİN-kodunuz da ola bilər).
Bu xidmət tam ödənişsizdir.
Əgər 10 gün ərzində yeni PİN-kodunuzu təyin etməsəniz, SMS vasitəsilə göndərilən müvəqqəti PİN-kod aktiv olmayacaq. Bu halda siz AccessBank-ın 151 Əlaqə Mərkəzinə zəng edə və yeni müvəqqəti PİN-kodun göndərilməsini sifariş edə bilərsiniz.
PİN kodun dəyişdirilməsi/yenidən təyin edilməsi barədə təlimat.
PİN kodu dəyişiləcək kartınızı ATM-ə daxil edin:
Kartınızı bankomata daxil etdikdən sonra E-PİN bölməsinə keçid alın:
Açılan pəncərədə AzəriKard prossesinq mərkəzindən göndərilən PİN kodu daxil edin:
Açılan pəncərədə təyin etmək istədiyiniz PİN kodu daxil edin:
Təyin etmək istədiyiniz PİN kodu yenidən daxil edin:
Son mərhələ olaraq təyin etdiyiniz PİN kodun uğurla aktivləşdiyi barədə ekran görüntüsü və çek çap olunacaqdır.